Pakistanın şimal-qərbində törədilən iki ayrı terror aktı baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, polis rəsmilərinin bildirdiyinə görə, dünən Cənubi Vəziristan bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan avtomobil keçərkən yol kənarına qoyulmuş bomba partlayıb.
Partlayış nəticəsində 4 polis məmuru həyatını itirib, 5 polis əməkdaşı yaralanıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, Pakistan Talibanının son zamanlar bölgədə hücumlarını artırdığı məlumdur.
Bundan əlavə, Talibanın Hayber Paxtunxva əyalətindəki Tirah vadisi yaxınlığında atdığı minaatan yolun kənarına düşüb.
Hücum zamanı məktəbə piyada gedən iki uşaq həyatını itirib.
Gülay