AZ

"Bir neçə gündən sonra bütün dünyanın ürəyi Bakıda döyünəcək"- Britaniya səfiri

Image

Artıq gələn həftə ən vacib beynəlxalq tədbir olan COP29 başlayır. Baş nazirimiz, xarici işlər katibimiz, enerji təhlükəsizliyi və “xalis sıfır” üzrə dövlət katibimiz və bir sıra digər Britaniya nazirləri, rəsmiləri, elm adamları, vətəndaş cəmiyyəti nümayəndələri və iş adamları Azərbaycana gələcək. Bir neçə gündən sonra bütün dünyanın ürəyi Bakıda döyünəcək. Britaniya hökuməti olaraq bizim missiyamız aydındır. Missiyamız indi və gələcəkdə hamı üçün yaşanıla bilən planetdir. Bu, olduqca ağır missiyadır.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld noyabrın 7-də ADA Universitetində YOUNGO və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən İqlim Dəyişmələri üzrə Gənclərin 19-cu konfransında (COY19) deyib.

“İqlim dəyişikliyi qida və su qıtlığı, xəstəlik, münaqişə, qeyri-sabitlik, iqtisadi sarsıntılar və insanların yerdəyişməsi ehtimalını artırır. Həmin təsirlər artıq hiss olunmaqdadır və qeyri-mütənasibdir. Bu da marjinal, təcrid olunmuş icmalara, yoxsulluğa, dayanıqlılığa təsir edir. Çağırışımız kollektiv fəaliyyətin razılaşdırılması ilə bağlıdır. Çünki bizim kollektiv təhlükəsizliyimiz və rifahımız bundan asılıdır. Hər kəsin səsi bütün qlobal məsələlərdə önəmlidir. Bildirmək istəyirəm ki, COP gənclərin rolunun ən vacib olduğu iqlim tədbiridir. Hökumətlərin gənclərin səsini dinləməsi və ona uyğun hərəkət etməsi vacibdir”, - deyə F.Auld bildirib.

ZÜMRÜD





Seçilən
16
baki-xeber.com

1Mənbələr