AZ

Nikola, Sanduya “halaldı”, Tramp da Putinin adamıdır...

Azərbaycanda bəzi insanlar, “psevdo-liberal” çevrədə fırlananlar Qərbdəki “həmkarlarından” ciddi fərqlənmirlər – dayaz düşüncə və arqumentsizlik açıq görünür, birinci sualdaca ilişirlər. Onların “arqument”lərindən biri odur ki, Tramp Putinin adamıdır, Rusiyaya işləyir, onun 2016-da prezident olmasında, indi yenidən seçilməsində Putinin ciddi rolu, dəstəyi var. Onlara sual verirsən ki, bəs sübutunuz nədir – cavab gəlmir, sadəcə, israr edirlər.

Axar.az xəbər verir ki, bu barədə ReAL sədri Natiq Cəfərli qeyd edib.

“İşin tragikomik tərəfi budur ki, Qərbdə və buradakı o çevrənin nümayəndələri israrla deyirlər: “Paşinyan qərbpərəstdir, ona halaldır, bütün basqılara rəğmən dözür, hətta Putin Azərbaycanın əli ilə də basqı qurub onu dəyişmək istəyir, amma alınmır”; “Sanduya halaldır, Moldova dözdü, Putinə təslim olmadı, Putin öz adamını gətirə bilmədi”:

“Bilmirsən bütün bunlara güləsən, ya ağlıyasan. Bu dar düşüncəli insanların “məntiqinə” görə, göbəyindən hər sahədə Rusiyaya tam bağlı olan, rus pulu ilə dolanan, Rusiyaya sanksiyalardan yan keçməyə tam dəstək olan Ermənistanda Putin öz adamını gətirə bilmir, bunu bacarmır, amma ABŞ kimi ölkədə “öz adamı olan” Trampı hakimiyyətə gətirir, eləmi?! Qulağının dibində olan Moldovada siyasi partiyaları, mediası, dayaqları olan Rusiya Sanduya qalib gələ bilmir, bacarmır, amma Trampa dəstək olub Harrisi hakimiyyətə gəlməyə qoymur? Budur “məntiq”?

Respublikaçıların demokratları Senat və Nümayəndələr Palatasında, qubernatorların yarışında da ağır məğlubiyyətə uğratmasının bircə səbəbi var: insan dəyərlərinə, ruhuna zidd olan “woke”-izmə nifrət, bu psevdo-ideologiyanın cəmiyyət tərəfindən rədd edilməsi. Və bu yaxşıdır, dünyaya bu uçurumdan aralanmaq üçün şans yaradır...”

Seçilən
20
axar.az

1Mənbələr