AZ

Ermənistan və Azərbaycan sülh müqaviləsinin bütün mətnini razılaşdırıb?

Ermənistan və Azərbaycan hələlik sülh müqaviləsinin bütün mətni üzrə razılığa gəlməyiblər.

Publika.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib.

“Hazırda sazişin bütün bəndləri üzrə yekun razılıq yoxdur. Razılaşdırılmamış məqamlarla bağlı danışıqlar hələ də davam edir. Eyni zamanda, Ermənistan Konstitusiyası məsələsi sülh müqaviləsinin bəndi deyil”, - Kostanyan deyib.

O qeyd edib ki, Ermənistan sonuncu dəfə Azərbaycana 16 bəndlik paket verib.

Kostanyan qeyd edib ki, Bakıda keçiriləcək COP29 sammitinə səfərlə bağlı da yekun qərar yoxdur.

Seçilən
30
publika.az

1Mənbələr