AZ

“ASAN xidmət” COP29 çərçivəsində beynəlxalq forum təşkil edəcək


14 noyabr 2024-cü il tarixində Bakıda "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək.

Bakı Olimpiya Stadionunda, Mavi Zonada baş tutacaq tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və "Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək. Müzakirələr dövlət xidmətlərinin yaşıl idarəçilik və iqlim hədəflərinə transformasiyası istiqamətində qabaqcıl təcrübələrin, yeniliklərin və strategiyaların paylaşılması üçün platforma olacaq.

Forumda Azərbaycanın "ASAN xidmət” modeli kimi innovativ modellərinin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi vurğulanacaq. Həmçinin yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti diqqət mərkəzində olacaq.

Tədbirdə ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri  və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.
 
 

Seçilən
31
9
7news.az

10Mənbələr