AZ

Yaşayış binaları tikilərkən sosial obyektlər nəzərə alınırmı? VİDEO

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində ümumilikdə 10 282 ev istifadəyə verilib. 7,313-ü fərdi yaşayış evi, 4633-ü isə mənzildir.

Xezerxeber.az xəbər verir ki, xüsusilə binaların sıx inşa olunduğu ərazilərdə vətəndaşların sosial obyektlərdən istifadə imkanları artıq məhdudlaşıb.

Əmlak eksperti Elnur Azadov belə deyir.

Onun sözlərinə görə, istər təhsil müəssisələrində, istərsə də, xəstəxanalarda sıxlıq olur. Bəzən isə yer tapmaq mümkün olmur.

Ekspert bildirir ki, paytaxtın hazırki inşaat normativləri sovet dövründən qalır. Günü-gündən artan göydələnlərlə müqayisədə, xəstəxanaların və təhsil müəssisələrinin sayının az olması da elə bununla bağlıdır.Amma Bakının Baş Planı 2040-cı ilədək paytaxtının simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini vəd edir.

Qeyd edək, Baş Planın icrası 93,6 mlrd. manata başa gələcək. Bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,1 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
xezerxeber.az

1Mənbələr