AZ

Sülh müqaviləsi üzrə yekun razılaşma yoxdur, tərəflər arasında danışıqlar davam edir – Kostanyan

Sülh müqaviləsi üzrə yekun razılaşma yoxdur, tərəflər arasında danışıqlar davam edir.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, hazırda sülh müqaviləsinin bütün müddəaları üzrə yekun razılaşma yoxdur. Hələ də həllini tapmayan məsələlər var və tərəflər arasında danışıqlar davam edir.

“Hazırda nazirlər və ya ölkələrin liderləri səviyyəsində hər hansı görüşlə bağlı razılıq yoxdur. Erməni tərəfi razılaşmanın mətni üzrə razılaşmanın mümkün qədər tez başa çatdırılması üçün görüşlərin intensivləşdirilməsində maraqlıdır.

Ümid edirik ki, Türkiyə ilə sonda nəinki əldə olunmuş razılaşmaların həyata keçirilməsinə, həm də iki ölkə arasında münasibətlərin tam normallaşmasına, o cümlədən diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına nail olmaq mümkün olacaq”, – Kostanyan deyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr