AZ

Sərnişinlərin olduğu təyyarədə nasazlıq: qəza siqnalı verildi

Sərnişinlərin olduğu American Airlines təyyarəsinin səmada mühərriki nasaz olub.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, fövqəladə vəziyyət oktyabrın 31-də Bostondan Vaşinqtona (ABŞ) uçan təyyarədə yaranıb.

Təyyarə hava limanına enən zaman ekipaj dispetçerlərə mühərrikin nasazlığı barədə məlumat verib və təyyarəni yerdən təxminən 90 metr yüksəklikdən hərəkətə keçirib.

Pilotlar problemin təyyarənin quşla toqquşmasından qaynaqlandığını güman ediblər. Onlar qəza siqnalı veriblər və başqa yerə – Vaşinqton Dalles hava limanına eniş etməyi tələb ediblər. Təyyarə ilk uğursuz cəhddən təxminən 20 dəqiqə sonra oraya təhlükəsiz eniş edib.

Təyyarədə 94 sərnişinin olduğu, xəsarət almadığı qeyd edilir. ABŞ Federal Aviasiya Administrasiyası araşdırma aparacaq.

Seçilən
9
5
medianews.az

10Mənbələr