Kanadanın Kvebek əyalətinin başçısı Fransua Leqault Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra sərhəd bölgələrinin nümayəndələrinə miqrant axınına qarşı sərhədlərin qorunmasını gücləndirmək çağırışı edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kvebek ABŞ-nin 4 əyaləti ilə həmsərhəd olduğuna diqqət çəkən Leqault Tramp rejimi zamanı bölgəsinin miqrant sayının çox yüksək olacağını vurğulayıb.
Böyük mühacir axınına qarşı sərhədləri qorumaq üçün indidən hərəkətə keçmək lazım olduğu barədə xəbərdarlıq edib.
Cəmalə