AZ

Tibbi Universiteti adına rüsvayçılıq - Elmi jurnala "Yırtıcı jurnal" adı verildi

Azərbaycan Tibb Universitetinin elmi jurnalı "Scopus" tərəfindən "yırtıcı jurnal" elan olunub.

Mia.az xəbər verir ki, bu, universitet və onun jurnalı - Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı (Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal) adına böyük bir neqativ hal sayılır.

Məlumata görə, elm sahəsində bir universitet jurnalının adının "Scopus"a düşməsi uğur, oradan çıxması isə uğursuzluq kimi qiymətləndirilir: ""Scopus" məqalələr, konfrans materialları, kitablar və digər elmi sənədlər üzrə məlumat verən böyük bir referativ və sitat indeksləmə bazasıdır. Elsevier tərəfindən idarə olunur. 2004-cü ildə istifadəyə verilib. Scopus, alimlər və tədqiqatçılar arasında geniş istifadə olunan bir mənbədir, çünki  bura elmi tədqiqatların izlənilməsi və qiymətləndirilməsi üçün zəngin məlumatlar təqdim edir. Bu bazada daxil olan məlumatlar çoxlu sahələri əhatə edir və dünya üzrə minlərlə nəşriyyatdan toplanıb Scopus, müəlliflərin və onların işlərinin sitat göstəricilərini izləmək, elmi məqalələr arasında əlaqələri müəyyən etmək və elmi sahələrdəki təsir və trendləri öyrənmək üçün faydalıdır. Həmçinin, bu bazada axtarış funksiyaları genişdir və müxtəlif filtrasiya və qurşandırma seçimləri təklif edir, bu da tədqiqat prosesini sürətləndirir və dəqiqləşdirir. Scopus, akademik tədqiqatın keyfiyyətini və təsirini ölçmək üçün istifadə olunan digər məşhur indeksləmə bazaları ilə müqayisədə daha çox beynəlxalq jurnalları və məqalələri əhatə edir. Göründüyü kimi, elm adamları üçün bir işıq sayılan "Scopus" Azərbaycanın tibb üzrə yeganə ixtisaslaşmış universitetinin elmi jurnalını "yırtıcı jurnal" elan edib".

Bəs, "yırtıcı jurnal" nə deməkdir?

Bu barədə Mia.az-a açıqlama verən adınınçəkilməsini istəməəyn elm adamlarından biri deyib ki, qərar universitet adına xoş deyil: "Bu o deməkdir ki qlobal miqyasda bu jurnalda elmi yox, saxta və ya keyfiyyətsiz məqalələr yazılır. Yeni "yırtıcı jurnal" adı adətən belə jurnallara, o cümlədən pul alınaraq "ağına-bozu"na baxılmadan elmi məqalə dərc edən elmi nəşrlərə verilir. Tibbi Universiteti adına bu qərar böyük təəssüf doğurur..."

Samir Musayev

MİA.AZ

Seçilən
15
6
mia.az

7Mənbələr