“Nissan”ın maliyyə göstəriciləri zəiflədiyinə görə, şirkət rəsmiləri istehsalı azaltmaq qərarı verib.

İndex.az xəbər verir ki, “Nissan” qlobal istehsal gücünü 20% azaltmağı və 9 min işçisini ixtisar etməyi planlaşdırır.

Şirkət həmçinin “Mitsubishi”dəki payını azaltmağı planlaşdırır ki, bu da hazırda 34,07%-dir.

Qeyd edək ki, “Nissan”ın 2024-cü maliyyə ilinin birinci yarısının maliyyə nəticələrinə görə, dəqiq hesablanmış xalis gəliri 79,1 milyard yen azalaraq 5,98 trilyon yenə, dəqiqləşdirilməmiş əməliyyat mənfəəti isə 303,8 milyard yen azalaraq 32,9 milyard yenə düşüb.

Şirkətin xalis mənfəəti 19,2 milyard yen olub.

Bununla yanaşı qlobal satış həcmi də azalaraq 1,6 milyon ədədə düşüb.