1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistandakı Avropa İttifaqı missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar.
Oxu.Az bu barədə "Trend"ə istinadən xəbər verir.
Belə ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç "müşahidəçisi" Aİ-yə məxsus bir ədəd "Toyota" markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəlib.
Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.
Onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər.
Sözügedən görüntülərini təqdim edirik:
Xatırladaq ki, Ermənistan ərazisində yerləşdirilən Aİ "missiyası" bölgəyə gəldiyi gündən ölkəmizə qarşı dəfələrlə bu tipli təxribatlar edib.