AZ

Naxçıvanda Zəfər Günü ilə bağlı veloyürüş - FOTO

Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı veloyürüş keçirilib.

İdman.biz xəbər verir ki, tarixi Zəfərimizin dördüncü ildönümü münasibətilə təşkil olunan veloyürüş Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkından start götürüb.

Tədbirin əvvəlində müstəqil Azərbaycanın qurucusu ümummilli liderimiz Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, “Cahan Holdinq” KŞİ-nin dəstəyi ilə reallaşan veloyürüşdə iştirakçılar təyin olunmuş marşrut üzrə Əziz Əliyev və Cəlil Məmmədquluzadə küçələrindən hərəkət etməklə yenidən Zəfər Parkına –finişədək 7400 metr məsafə qət ediblər.

Oğlan (kişi) və qız (qadın) velosipedçilər arasında ilk üç yerin sahibləri, eləcə də ən yaşlı və ən azyaşlı iştirakçılar diplom, medal və hədiyyələrlə təltif olunublar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov təqdim edib.

Veloyürüşün nəticələrinə əsasən Elvin Mikayılzadə oğlanlar arasında, Bahar Hüseynova isə qızlar arasında birinci olublar. Ramil Allahverdiyev ən yaşlı, Ceyhun Məmmədov isə ən azyaşlı iştirakçı kimi mükafatlandırılıblar.

İdman.biz

Seçilən
33
7
idman.biz

8Mənbələr