Bu gün Pekin küçələrində milyonlarla avtomobil şütüyür. Lakin meqapolis bu vəziyyətə birdən-birə gəlib çatmayıb.
Avtosfer.az xəbər verir ki, 80-ci illərədək Çində maşın kifayət qədər az idi. 1967-ci ildə Pekində çəkilmiş fotoda eşşək arabası ilə avtomobil yan-yana hərəkət edir. Diqqətlə baxsaq arabanın təkərinin sovet avtomobilindən (ZİL-in 50-ci illərdəki modeli) götürüldüyü aydın olur. Arxada isə velosipedçi hərəkət edir.
Müqayisə üçün deyək ki, həmin tarixdə Bakıda və digər böyük şəhərlərimizdə eşşək arabasına rast gəlmək mümkün deyildi.
Müasir Çin dünyanın ən böyük avtomobil istehsalçısına çevrilib. Ölkənin şəhərlərində isə velosipedçilərin də sayı artır.
Vüqar Yaşaroğlu