Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,4% daha çox (22 446) aviareys təşkil olunub.
Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, 10 ay ərzində ölkəyə ən çox reys Rusiya (6 614) istiqamətindən olub.
İkinci yerdə Türkiyə (4 917), üçüncü yerdə isə 2 629 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana reyslərin sayı 5 812, Türkiyədən 4 760, Birləşmiş Ərəb Əmirliklərindən isə 1 940 olub.