Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın nəqliyyat rəhbərliyi 360 m uzunluğunda tunelin çəkilməsinə başlayıblar. Tunel Ermənistanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə daxil edilməsini nəzərdə tutan layihə çərçivəsində, Əkərək (erm. - Aqarak) ilə Qacaran arasında çəkilir.
Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu yolun çətin ərazilərinin tikintisinə 150 milyon dollar, ümumilikdə isə trassa 350 milyon dollar vəsait ayırıb.
Layihə çərçivəsində iki tunel və ümumi uzunluğu 720 m-dən artıq olan 17 körpü tikiləcək.
Yol Ermənistanın 6 regionundan, o cümlədən, İrəvan şəhərindən də keçəcək.
Hürr Tərcüman