AZ

Hazırda Azərbaycanla sülh müqaviləsinin bütün müddəaları üzrə yekun razılaşma yoxdur - rmənistan XİN

“Hazırda Azərbaycanla sülh müqaviləsinin bütün müddəaları üzrə yekun razılaşma yoxdur”.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan məlumat verib.

“Keçən dəfə Azərbaycana ötürülən maddələr arasında heç nə dəyişməyib, hələ də tərəflər arasında həllini tapmayan məsələlər var, iki tərəf arasında danışıqlar davam edir”, - deyə siyasətçi vurğulayıb.

Kostanyan qeyd edib ki, xarici işlər nazirləri və ya dövlət başçıları səviyyəsində konkret razılıq yoxdur, lakin Ermənistan tərəfi görüşlərin intensivləşdirilməsində maraqlıdır ki, sülh müqaviləsinin mətni üzrə razılaşmanın qısa müddət ərzində başa çatdırılması mümkün olsun.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr