Rusiya prezidenti Vladimir Putinin inauqurasiyadan əvvəl ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampla əlaqə saxlaması mümkündür. Bu barədə noyabrın 7-də jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O xatırladıb ki, Tramp rəsmi vəzifəyə başlamazdan əvvəl Putinə zəng etmək niyyətindən danışıb. Hazırda Kreml bu bəyanatlardan çıxış edir, başqa məlumat yoxdur.
Kreml sözçüsü liderlər arasında mümkün ünsiyyət haqqında deyib: “Bu, istisna deyil”.
Eyni zamanda Peskov bildirib ki, Rusiya liderinin planında ABŞ prezidenti postunu tərk edən Co Baydenlə telefon danışığı yoxdur. Seçilmiş dövlət başçısının andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Vaşinqtonda baş tutacaq.
Daha əvvəl dövlət başçısının mətbuat katibi Putinin Trampı qələbəsi münasibətilə “tanışları vasitəsilə” təbrik etdiyinə dair nəşrləri təkzib etmişdi.
Almaz Həsənli