UEFA Çempionlar Liqasının 4-cü turunun “İnter” – “Arsenal” (1:0) matçında kobud hakim səhvi qeydə alınıb.
Publika.az xəbər verir ki, görüşün 63-cü dəqiqəsində baş hakim İştvan Kovaç qonaqların baş məşqçisi Mikel Arteta ilə bağlı qayda pozuntusunu düzgün qiymətləndirməyib.
Arteta meydandan çıxan topu əli ilə dayandırmağa çalışb. Ancaq həmin vaxt top hələ meydanda olub. Qaydalara görə, komanda rəsmisinin oyuna bu cür müdaxiləsinin cəzası qırmızı vərəqə olmalıdır. Lakin Kovaç Artetanı sarı vərəqə ilə cəzalandırmaqla kobud səhvə yol verib.
Heybət