AZ

Bu, Aİ-nin iqlim öhdəliklərindən yayınması kimi qiymətləndirilə bilər - ÖZƏL

"Avropa İttifaqı iqlim dəyişmələri ilə mübarizədə fəal rol oynayan və bu istiqamətdə işlər görən aparıcı beynəlxalq təşkilatlardan biridir, Avropa məkanında lokomotiv rolunu oynayır. Aİ-nin bu istiqamətdə həyata keçirdiyi proqram və layihələr də mövcuddur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Avropa Komissiyasında yüksək vəzifə tutan xanım Ursula fon der Layenin COP29 beynəlxalq konfransına qatılmaması bu mötəbər qurumun iqlim öhdəliklərindən yayınması kimi də qiymətləndirilə bilər. Çünki COP tədbirləri iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün əsas beynəlxalq platforma və görüş hesab olunur. Keçən il Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən COP28 tədbirinə xanım Ursula fon der Layen qatılmışdır. Avropa İttifaqı dünyada gedən qlobal proseslər baxımından əsas strukturlardan biri sayılır, Avropa Komissiyasının Azərbaycanla hər zaman yaxşı əməkdaşlığı olmuşdur, xüsusən bərpa olunan enerji və yaşıl enerjiyə keçidlə bağlı uğurlu əməkdaşlıq və layihələr mövcuddur. Hesab edirəm ki, belə mötəbər tədbirlərdə bu təşkilatın təmsil olunması vacibdir. Çünki Avropa ölkələri də bu prosesdə fəal iştirak edib, iqlim dəyişmələri və ekoloji məsələlərdə, iqlim fondunun formalaşmasında iştirak edib. COP29 konfransına qatılmaması bu öhdəliklərdən, iqlim məsələləri ilə bağlı Avropa İttifaqının öz milli öhdəliklərindən yayınması kimi qiymətləndirilə bilər. Qarşılıqlı dialoq, faydalı müzakirələr, alternativ fikirlər və platforma, xüsusən inkluzivliyin ən yaxşı təmsil olunacağı COP29 platforması əslində elə Avropa İttifaqının illərdir beynəlxalq səviyyədə təbliğ etdiyi dəyərlərdir, bu baxımdan onların iştirak etməməsi bu dəyərləri müdafiə etməməsi anlamına gələ bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr