“Gürcüstan hökumətin işinin səmərəliliyi indeksində qiymətləndirmənin yeni tarixi maksimumunu əldə edib və Dünya Bankına üzv ölkələr arasında 35-ci mövqeyə yüksəlib”.
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan maliyyə nazirinin müavini Mixeil Dundua deyib.
Dunduanın izahatına əsasən, bu göstərici ilə Gürcüstan Avropa İttifaqına üzv olan 12 ölkəni, NATO-ya üzv 14 ölkəni, Böyük Yeddiliyin bir ölkəsini və Avropa İttifaqına namizəd olan bütün dövlətləri geridə qoyub.
“Bu, olduqca mühüm nailiyyətdir. Həmçinin, korrupsiyaya nəzarət istiqamətində yaxşı nəticə qeydə alındı, doqquz beynəlxalq qiymətləndiricidən yeddisi Gürcüstanı tədqiq edilmiş ölkələrin ən yaxşı 20-liyinə və ya Avropanın ən yaxşı 20-liyinə daxil edib. Gürcüstan həm dürüstlük, həm də hökumətin işinin səmərəliliyinə əsasən inandırıcı irəliləyişi, yüksək iqtisadi artımı davam etdirir. Bu da təbii olaraq əhalinin rifahına əks olunacaq”, - Mixeil Dundua bildirib.