İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 12-də növbəti dəfə torpaq hərracları keçirəcək.
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərraclar ƏMDX-nın Gəncə, Şirvan, Mingəçevir, Lənkəran, Ucar, Bərdə, Qazax, Xaçmaz, Beyləqan, Şamaxı və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.