AZ

Pələng çobanı parçaladı, kəndlilər də pələngi daş-qalaq etdilər

Hindistanın Racastan ştatında kənd sakinləri yerli çobanı parçalayan pələng tutaraq ondan qisas alıblar.

Musavat.com xəbər verir ki, bu barədə “The Indian Express” yazır.
Ulyana kəndindən olan 55 yaşlı Bharat Lal Mina noyabrın 2-də yırtıcının hücumunun qurbanı olub. Axşaüstü pələng keçi otaran çıbana hücum edib. Hadisə şahidlərinin sözlərinə görə, pələng Minanın cəsədinin yanında təxminən 20 dəqiqə qalıb və sonra kənd sakinləri peyda olanda meşəyə qaçıb.
Ertəsi gün Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları Ulyana yaxınlığındakı tarlada pələngin leşini aşkar ediblər. Məlum olub ki, bu, bu heyvan Ranthambor milli parkının heyvanıdır. Xəsarətlərin xarakterinə görə, vəhşi pişiyi daşqalaq ediblər və ya digər küt əşyalarla döyüblər.
İdarə və park rəsmiləri əmindirlər ki, pələng Minanın qisasını almaq üçün kənd sakinləri tərəfindən hücuma məruz qalıb. Lakin ekspertlər baş verənlərlə bağlı hər hansı təfərrüata malik deyillər.
Eyni zamanda, Ulyana sakinlərinin özləri bildirdilər ki, heyvan kişiyə hücum edəndən sonra rəsmilərdən heç biri buna reaksiya verməyib və vəziyyətə diqqət yetirmək üçün yolu bağlamalı olublar. Nəticədə hadisə yerinə gələn hökumət nümayəndələri çobanın dul qadınına 1,5 milyon rupi ödəyəcəklərini vəd ediblər.
Seçilən
9
2
yenilik.az

3Mənbələr