AZ

Kuba qasırğa səbəbindən yenidən işıqsız qaldı

Bakı. Trend:

Kubada ikinci dəfə bütün ölkə üzrə elektrik enerjisinin verilişitamamilə kəsilib.

Trend xəbər verir ki, bunasəbəb güclü “Rafael” qasırğasıdır.

Qasırğa təxminən 2 saat boyunca adada şiddətini göstərib, sonraisə Meksika körfəzinə doğru hərəkət edib.

Bildirilib ki, meteoroloqlar həyati təhlükə yaradan qasırğadalğaları və daşqınlar səbəbindən Kuba ərazisindəki 15 vilayətdəndoqquzunda, o cümlədən Havanada qasırğa xəbərdarlığı elan edib.

Qeyd edək ki, oktyabrın 17-də Kubanın Matanzas şəhərindəkiistilik elektrik stansiyasında (İES) baş vermiş qəza səbəbindənölkənin milli enerji sistemi tamamilə çökmüşdü.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr