Səudiyyə Ərəbistanı təmsilçilərindən “Əl-Hilal” Neymarla yollarını ayıracaq.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub futbolçu ilə olan müqaviləsinə xitam vermək istəyir.
Buna səbəb Neymarın “Əl-Hilal”a transfer olduğu zamandan zədədən əziyyət çəkməsidir.
Klub artıq ona əvəzləyici də tapıb. Yarımada təmsilçisi “Liverpul”un hücumçusu Məhəmməd Salahı transfer etmək niyyətindədir.
Misirli forvardın mersisaydlılarla müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, “Əl-Hilal” 2023-cü ildə Salah üçün 175 milyon avro təklif edib. Lakin "Liverpul" rədd cavabı verib.
"Barselona"nın futbolçusu ÇL matçında zədələnib - FOTO
"Real"da ciddi itki
“Çelsi”nin sabiq futbolçusu vəfat edib
Super Liqada növbəti ayrılıq
"Fənərbaxça”nın futbolçusu sevgilisinə görə komandasını gözlədir