Azərbaycanla Hindistanın ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 856 milyon dollar dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 5,1% azdır.
Hesabat dövründə Azərbaycanın Hindistana ixracının dəyəri 687,2 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 168,8 milyon dollar dəyərində olub.
Gözəl Həşimova