AZ

Ceyhun Sultanov: “Qarabağ” dominant futbol oynayacaq”

“Qarabağ”ı çətin oyun gözləyir”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Avropa Liqasında “Qarabağ”ın bu gün Norveç səfərində "Bodo Qlimt”ə qarşı matçını dəyərləndirib. O bildirib ki, qarşılaşma hər iki komanda üçün heç də asan keçməyəcək: “Düşünürəm ki, bu görüşdə də həmişəki kimi “Qarabağ” dominant futbol oynayacaq. Hər rəqibə qarşı bizim oyun üslubumuz belə olub. Meydan amili komandamız üçün çətinlik yaradacaq. Ümumi götürsək, bu matçda hər bir nəticə qeydə alına bilər. Bizim istəyimiz qələbədir. Ümid edirəm ki, Qurban Qurbanovun komandası xalla Vətənə qayıdar”.

Sultanov Elvin Cəfərquliyev və Julio Romaonun yoxluğuna da toxunub: “Avropa Liqasında hər hansı bir futbolçunun yoxluğu çətinlik yaradır. “Qarabağ”ın 2 heyəti var. Düşünürəm ki, Elvin və Romaonun yoxluğu özünü göstərməyəcək. Amma Cəfərquliyevin yoxluğuna üzülürəm. Çünki o, yaxşı formada idi. Sol cinahda hücumlar zamanı çox effektiv olurdu. Buna baxmayaraq, hər şeyə pozitiv baxmalıyıq”.

Qeyd edək ki, “Bodo Qlimt” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Emin Ağa
İdman.biz

Seçilən
15
50
idman.biz

10Mənbələr