AZ

İrandan hücum qərarı: F-15-lər təcili bölgəyə göndərildi

ABŞ İranın İsrailə gözlənilən hücumundan əvvəl Yaxın Şərqə əlavə qüvvələr göndərməyə davam edir. İzləmə sistemləri Amerikanın F-15E təyyarələrinin İordaniyaya doğru hərəkət etdiyini göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

İsrail nəşri yazır ki, təyyarələrdən ən azı 12-si artıq yerləşdirilmiş qırıcılara qoşularaq bölgəyə doğru gedir.

ABŞ ordusundan heç bir rəsmi açıqlama yoxdur.

İran İsrailin oktyabrın 26-dakı hücumundan sonra yəhudi dövlətinə cavab verəcəyini açıqlayıb.

Nəşr İranın hücumunun bu həftə baş verəcəyini, zərbələrin İraqdan endiriləcəyini bildirir.

Həftənin əvvəlində ABŞ müdafiə naziri Lloyd Ostin bir neçə B-52 (“Stratofortress”) bombardmançısı, yanacaqdoldurma təyyarəsi və Hərbi Dəniz Qüvvələrinin esmineslərini Yaxın Şərqdə yerləşdirməyi əmr edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
23
teleqraf.com

1Mənbələr