AZ

Von der Leyen Tramp administrasiyası ilə işləmək planlarını bölüşüb



Avropa İttifaqı (Aİ) orqanlarının yenidən seçilmiş keçmiş ABŞ prezidenti Donald Trampın administrasiyası ilə işləmək təcrübəsi var ki, bu da gələcək işlər üçün əsas ola bilər. RİA Novosti-yə istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen əməkdaşlığın perspektivlərini belə şərh edib.“Biz yeni Tramp administrasiyası ilə müsbət münasibət quracağıq. Prezident Trampın əvvəlki mandatı dövründə onunla işləmək üzrə müəyyən təcrübəm var, bu, əməkdaşlıq üçün əsas ola bilər”, - deyə rəsmi ABŞ və Aİ-nin “ortaq maraqlarını” təhlil edəcəyini vəd edib.
Daha əvvəl “The Washington Post” Avropa rəsmilərinə istinadən yazıb ki, Aİ “transatlantik münasibətlərin pozulmasını”, həmçinin Amerikanın Ukraynaya hərbi yardımının azaldılmasını gözləyir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
43
aia.az

1Mənbələr