AZ

“Traktor” ÇL-də Tacikistan klubuna 7 cavabsız qolla qalib gəldi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2024/25 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz təmsilçisi 4-cü tur çərçivəsində Tacikistanın “Ravşan” klubu ilə qarşılaşıb.

“Traktorçular” doğma meydanda baş tutan bu oyundan 7:0 hesablı qələbə ilə ayrılıblar. Təbrizlilər 4-cü dəqiqədə avtoqol sayəsində hesabı açıblar. 14, 25 və 27-ci dəqiqələrdə fərqlənən Sokol Çikalleşi het-trikə imza atıb. Əmirhüseyn Hüseynzadə dubla (45+2, 69) dubla imza atıbsa, digər qolu 49-cu dəqiqədə penaltidən fərqlənən Rikardo Alves vurub.

Təbriz klubu yer aldığı A qrupunda 3 oyuna topladığı 9 xalla 1-cidir. Cənubi Azərbaycan nəhənginin bir oyunu da rəqibin İrana gəlməməsi səbəbindən baş tutmayıb. Növbəti matç noyabrın 27-də Qətərin “Əl-Vakra” komandasına qarşı olacaq. Bu görüş də Təbrizdə baş tutacaq.

Xatırladaq ki, “Traktor” İran çempionatında da yeni mövsümə uğurlu başlayıb. İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv 9 oyuna topladığı 19 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Təbriz klubu çempionatdakı növbəti matçını dekabrın 3-də evdə “Çadormalu”ya qarşı keçirəcək. Buna qədər isə noyabrın 22-də İran Kubokunun 1/16 final mərhələsi çərçivəsində “Qol Qohar”la ev oyunu baş tutacaq.

Seçilən
26
arena.az

1Mənbələr