“Azərbaycanla sülh danışıqlarında bir-iki məsələ razılaşdırılmamış qalıb”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli mətbuata açıqlamasında bildirib: “Tərəflərin bu məsələlərdə vahid mövqeyi yoxdur və təbii ki, rəsmi Bakı ilə müzakirələr davam edəcək”.
Noyabrın 5-də Azərbaycan İrəvana sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərini göndərib. Ötən həftə xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, onlar Azərbaycan tərəfi ilə sənədin “bir və ya iki redaksiyası” üzərində işləyirlər, ondan sonra imzalanmağa hazır olacaq.
“AzPolitika.info”