AZ

ABŞ Dövlət Katibi vəzifəsinə namizədlərin adları açıqlanıb

Donald Trampın gələcək administrasiyasında əsas vəzifələrin bölüşdürülməsi ilə bağlı müxtəlif proqnozlar verilir. Dövlət katibi vəzifəsinə namizədlər arasında senatorlar Marko Rubio və Uilyam Hagertinin adları çəkilib.

KONKRET.az Politkoya istinadən xəbər verir ki, bu adları Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Robert O’Brayen çəkib. ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru vəzifəsini icra edən Riçard Qrenellin də adı dövlət katibi postuna potensial namizəd kimi hallanır. Nəşr qeyd edib ki, müdafiə naziri vəzifəsinə əsas namizəd senator Tom Kottondur.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
25
konkret.az

1Mənbələr