AZ

Trampın planı mediaya sızdı - Türkiyədən dərhal reaksiya gəldi

Türkiyə Müdafiə Nazirliyi Donald Trampın ABŞ prezidenti seçildikdən sonra Amerikanın Suriyadakı hərbi qüvvələrinin çıxarılacağı ilə bağlı KİV-də yayılan məlumata cavab verib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun sözçüsü Zeki Aktürk açıqlama verib.

“Bölgəmizdə müdafiə və təhlükəsizliklə bağlı bütün hadisələri yaxından izləyir, buna uyğun tədbirlər görürük. ABŞ əvvəllər Suriyadan çəkilməyə qərar vermişdi, amma bu, praktikada baş vermədi. Sözlərə yox, əməllərə baxmaq lazımdır. Dost və müttəfiq ölkələrdən gözləntimiz PKK/YPG/SDQ terror təşkilatına yardım və dəstəyi dayandıraraq, terrorla mübarizəmizə səmimi dəstək verməkdir, - deyə Aktürk qeyd edib.

Xatırladaq ki, Donald Trampın əvvəlki hakimiyyəti dönəmində ABŞ-ın Suriyadakı hərbi qüvvələrinin əksəriyyəti çıxarılmışdı. Hazırda Amerikanın bu ölkədə təxminən 1500 hərbçisinin olduğu güman edilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
12
teleqraf.com

1Mənbələr