Tədqiqat nəticələrinə görə, elm adamları uşaqların doğum ayı ilə zəka arasında mümkün əlaqəni araşdıraraq diqqətçəkən nəticələr əldə ediblər.
Turkustan.az xəbər verir ki, tədqiqat nəticələrinə görə, elm adamları uşaqların doğum ayı ilə zəka arasındakı potensial əlaqəni araşdıraraq diqqətəlayiq bir nəticəyə gəliblər. Araşdırmalar nəticəsində hansı aylarda doğulan uşaqların intellekt potensialının daha yüksək olduğuna dair mühüm məlumatlar əldə edilib. Bu məlumatlar maraqlı bir perspektiv təklif edir ki, uşaqların doğum ayları onların intellekt inkişafına təsir edə bilər.
Sentyabr ayında doğulan uşaqların akademik uğurları ilə seçildiyi müəyyən edilərkən, ABŞ-da 1 milyon şagirdin məlumatlarını araşdıran elm adamları sentyabr ayında doğulan şagirdlərin digər aylarda doğulanlara nisbətən məktəb performanslarında daha müvəffəqiyyətli olduğunu ortaya qoydular.
Araşdırmaya görə, bu tələbələr həm orta, həm də ali məktəb səviyyəsində və universitet səviyyəsində ən yüksək qiymətlər alıblar.
Avqust ayında doğulan uşaqlar ümumiyyətlə daha az akademik uğur qazanmış kimi təsvir edilirdi.
Məlum olub ki, idmanda uğur qazananların əksəriyyəti avqust ayında doğulub.
Xüsusilə futbol və basketbol kimi idman növlərində ulduz futbolçuların əksəriyyətinin avqust ayında doğulduğu bildirilib.
ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun açıqlamasına görə, ABŞ-da məktəbə başlayan uşaqların yaşının 6 olduğunu nəzərə alsaq, sentyabr-dekabr ayları arasında doğulan uşaqların təhsilə bu ölkədə doğulanlardan daha böyük yaşda başladığı düşünülür.
Bu araşdırmalar göstərir ki, doğum ayı təkcə bürclərə və doğum günlərinə deyil, həm də zəka və ömür kimi mühüm amillərə təsir edə bilər. Bu araşdırmalar həm də payız və qış aylarında doğulan insanların yaz və yay aylarında doğulanlardan daha uzun ömür sürdüyünü təsdiqləyir.
Eltac Zülfüqaroğlu/Turkustan.az