AZ

İrandan Trampın prezident seçilməsinə REAKSİYA

İran Xarici İşlər Nazirliyi ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini dəyərləndirib.

Modern.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İRNA-ya açıqlamasında deyib ki, Tehran ABŞ-da fərqli hökumətlərin siyasətləri və yanaşmaları ilə bağlı çox acı təcrübələrə malikdir.

"Seçkilər keçmişin yanlış yanaşmalarını nəzərdən keçirmək üçün bir fürsətdir", - XİN rəsmisi bildirib.

Bekayi "İran üçün önəmli olan ABŞ rəhbərliyinin fəaliyyətidir" söyləyib.

İran hökumətinin sözçüsü Fatma Mühacirani də ABŞ-dakı seçkilərin nəticələrinin iki ölkənin ümumi siyasətində dəyişikliyə səbəb olmayacağını bildirib.

Mühacirani "ABŞ-da keçirilən prezident seçkilərinin bizimlə çox əlaqəsi yoxdur. Çünki ABŞ və İranın ümumi siyasəti sabitdir. Birinin digərinin yerinə keçməsi ilə çox bir şey dəyişməyəcək" deyib.

Seçilən
20
2
modern.az

3Mənbələr