AZ

İran XİN sözçüsü ABŞ-də seçkilərin nəticəsindən danışdı: “Səhvləri düzəltmək üçün...”

İran ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrini köhnə səhvləri düzəltmək üçün fürsət adlandırıb.

Musavat.com xəbər verir ki, bunu IRNA-ya müsahibəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

O bildirib ki, Birləşmiş Ştatlarda prezidentin seçilməsi məsuliyyəti xalqın üzərinə düşür.

"Artıq xalq öz seçimini edib. Bu seçki keçmişdə qəbul edilmiş səhv yanaşmalara yenidən baxmaq və yenidən düşünmək üçün bir fürsətdir”, - deyə Baqai bildirib.

O, həmçinin əlavə edib ki, Tehran müxtəlif ABŞ hökumətləri ilə “acı təcrübəni” yaxşı xatırlayır.

Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ötən gün seçkilərdə qalib gəldiyini elan edib. O, ölkəni idarə etməsinin ABŞ tarixində "həqiqətən qızıl dövr" olacağını vəd edib. Xatırladaq ki, Donald Tramp ilk prezidentlik dövründə (2017-2021) ABŞ-nin İranla JCPOA-dan (Birgə Hərtərəfli Fəaliyyət Planı) çıxdığını elan etdi. Trampın fikrincə, Tehranla nüvə razılaşması sülh gətirməzdi.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr