AZ

MDB ölkələri 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası hazırlayır

MDB ölkələri 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsini hazırlayacaqlar, bu, mövcud geosiyasi vəziyyətdə vacibdir, MDB-nin baş katibi Sergey Lebedev MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən 12-ci iclasında bildirib. Məlumatı “Anadolu” verib. 

Onun sözlərinə görə, hazırda dünyada kəskinləşmə və yeni silahlı münaqişələrin yaranması, eləcə də ABŞ və NATO-nun digər ölkələr üzərində hökmranlıq etmək istəyi ilə bağlı blok və dövlətlərarası qarşıdurmaların yaranması müşahidə olunur.

Təşkilatın baş katibi bildirib ki, dünyada geosiyasi vəziyyətin gərginləşməsi fonunda Müstəqil Dövlətlər Birliyinin üzvləri artıq 2030-cu ilə qədər hərbi sahədə əməkdaşlıq konsepsiyasını hazırlamağa başlayıblar.

“Aydındır ki, hazırkı vəziyyətdə mühüm sabitləşdirici amil hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın artırılmasıdır. Biz MDB-də 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsini hazırlamağa başlayırıq, bu konsepsiyada ortamüddətli perspektivdə qarşılıqlı fəaliyyət üçün aydın prioritetlər və yeni təlimatlar göstəriləcək”, - Lebedev deyib.

MDB hesab edir ki, iştirakçı ölkələrin silahlı qüvvələrinin döyüş və taktiki-texniki hazırlığı mövcud praktiki təcrübə və elmi nailiyyətlərlə qarşılıqlı zənginləşdirmə əsasında həyata keçirilməlidir.

Lebedev əlavə edib ki, belə əməkdaşlığın məqsədi mövcud vəziyyəti sabitləşdirməkdir.

P.ƏMİRCANOV
XQ

Seçilən
28
xalqqazeti.az

1Mənbələr