Azərbaycan tərəfindən sülh müqaviləsi layihəsinin 11-ci mətnini alan Ermənistan razılaşdırılmamış bir-iki məsələnin qaldığını bildirib.
"Cebheinfo.az"-ın məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan belə deyib. Vahan Kostanyan “Azadlıq” radiosunun Ermənistan xidmətinə açıqlamasında fikir ayrılığı olan bəndlərin təfərrüatını açıqlamasa da, danışıqların davam etdiyini deyib.
“Tərəflərin bu məsələlərdə vahid mövqeyi yoxdur və təbii ki, rəsmi Bakı ilə müzakirələr davam edəcək”,-deyə diplomat əlavə edib.
Məlumatda qeyd edilir ki, noyabrın 5-də İrəvan Azərbaycan tərəfindən sülh müqaviləsinin layihəsi ilə bağlı təkliflər alıb. Ötən həftə xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfi ilə sənədə “bir və ya iki düzəliş” üzərində işlədiklərini, bundan sonra onun imzalanmağa hazır olacağını bildirib.