Ukrayna münaqişəsinin həllində hər şey ABŞ prezidenti Donald Trampın seçkilərdə qalib gəlməsindən asılı deyil . Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki , bu barədə Belarus lideri Aleksandr Lukaşenko bildirib.“Tramp Ukraynadakı müharibəni bitirməyə çalışacaq, lakin bu, birtərəfli proses deyil. Bunun üçün danışıqlar aparmaq lazımdır və bəlkə də təkcə Rusiya ilə deyil, bu, bir çox ölkələrə aiddir”, - deyə prezident bildirib.O, həmçinin qeyd edib ki, Tramp “Çini öz yerinə qoymaq” niyyətini bəyan edib, lakin Lukaşenkonun sözlərinə görə, belə bir şeyə qadir olan şəxs hələ doğulmayıb.Belarus lideri əlavə edib ki, seçki kampaniyası ilə bağlı bütün vədlər həyata keçirilə bilməz, çünki çox şey xarici şəraitdən asılıdır.Bundan əvvəl Lukaşenko Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. O əlavə edib ki, builki səsvermə misli görünməmiş bir yarışma olub.
Leyla SƏMƏNDƏRMissiya.Az