Ağdam. Trend:
Müxtəlif konfessiyaların dini liderləri Qarabağın çiçəklənməsiüçün dua edirlər.
Bunu Trend-ə Azərbaycandakıaşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal Dünya DiniLiderlərinin Qlobal Bakı Sammiti çərçivəsində nümayəndə heyətinintərkibində Ağdama səfəri zamanı deyib.
“Bu ərazi indi çiçəklənir, sözün əsl mənasında parlayır. Bu,ölkənin ekoloji uğurunun ən parlaq nümunələrindən biridir. Buradaekologiya haqqında yalnız danışmırlar, həm də real ekolojilayihələr həyata keçirirlər. 30 il əvvəl işğal edilmiş, ölüm vədağıntılarla dolu bu torpaqlar indi çiçəklənir və sürətlə inkişafedir. Burada bitkiləri, əkilən ağacları, tikilən yolları görmək,həqiqətən də, təsir edicidir”, – o bildirib.
Ş.Seqalın sözlərinə görə, hazırda Qarabağda olan bütün diniliderlər – yəhudilər, müsəlmanlar, xristianlar – dua edirlər ki, butorpaqlar çiçəklənsin və sülh və rifahın simvolu olsun, sülh bütündünyaya yayılsın.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində keçirilən “Yaşıl Planet uğrunda Dünya Dinləri” devizialtında Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitininiştirakçılarının Qarabağa səfəri başlayıb.
Səfər çərçivəsində Ağdam və Şuşa şəhərlərinin mədəni, mənəvi vətarixi irsi ilə tanışlıq nəzərdə tutulur.