AZ

Nazir: Bakı ilə sazişi oxumamışam, amma dəstəkləyirəm

Ermənistanın yeni ədliyyə naziri Srbui Qalyanın Azərbaycanla sülh müqaviləsi layihəsi ilə tanış olmağa hələ vaxtı olmayıb.

Axar.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində deyib.

Qalyan bildirib ki, üçüncü gündür nazir vəzifəsində çalışır və layihəni oxumağa vaxtı olmayıb:

“Amma bütün sülh prosesinə hüquqi dəstək vermək məsuliyyətini öz üzərimə götürdüm. Ermənistanın ideologiyası ilə bağlı hakim siyasi qüvvənin mövqeyini tamamilə bölüşürəm və onun hüquqi təminatının təmin edilməsini öz üzərimə götürmüşəm”.

Paşinyanın siyasətini bölüşdüyünə görə, “artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınmasının tərəfdarı olduğu sualına cavab olaraq Qalyan qeyd edib ki, o, sülh müqaviləsindən danışır:

“Baş nazir müsahibələrində çox sadə, başadüşülən şərhlər verdi və bəli, bu fikirləri tam şəkildə bölüşürəm”.

Seçilən
14
2
axar.az

3Mənbələr