ABŞ-ın hazırkı prezidenti Co Baydenin tezliklə nəticəsi dünyaya gələcək.
Qaziler.az xəbər verir ki, bu haqda Baydenin nəvəsi Naomi instaqramda paylaşım edib.
Baydenin nəvəsi hamilə görüntüsü olan foto paylaşıb və üzərində “səs verdik” şərhini qeyd edib.
Naomi şəklini Vaşinqtonda seçki məntəqələri bağlandıqdan sonra yayımlayıb. Fotoya gülümsəyən emoji də əlavə edilib.
Naomi Bayden və vəkil Piter Nilin toyu 2022-ci ilin noyabrında Ağ Evdə baş tutub. Jurnalistlər qeyd ediblər ki, Bayden ailəsi Klintondan sonra administrasiya binasının ərazisində belə tədbir keçirən ilk ailə olub.
Naomi Co Baydenin oğlu Hanter Baydenin və onun keçmiş həyat yoldaşı Ketlin Bulun qızıdır. 54 yaşlı Hunter iyun ayında silahla bağlı ağır cinayət ittihamı ilə məhkum edilib.
QAZİLER.AZ