AZ

Hakimi təhqir edən baş məşqçi beş oyunluq cəzalandırıldı

Azərbaycan II Liqasının IX turunun "Ağdaş" - "Füzuli" oyununun 43-cü dəqiqəsində "Ağdaş" komandasının baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

"Ağdaş" klubu baş məşqçinin bu hərəkətinə görə əlavə olaraq 400 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, "Ağdaş" - "Füzuli" görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: oxu.az

Seçilən
24
3
oxu.az

3Mənbələr