AZ

"Trampın Ağ Evə dönüşü İsrail üçün sərfəlidir" - "News1"

 
"Donald Trampın İsrail və Yaxın Şərqlə bağlı siyasəti regionda sabitlik üçün mühüm amil olaraq qalır..."
 
Donald Trampın Ağ Evə dönüşü İsrailin diplomatik arenada müdafiəsini möhkəmləndirə bilər. İsrail onun qələbəsinə ümid edib, çünki o, ABŞ tarixində ən İsrailyönümlü prezidentlərdən biridir.
 
Moderator.az xəbər verir ki, bu barədə "News1" nəşri yazıb və nədən Trampın Ağ Evə dönüşünün İsrail üçün faydalı olacağının beş səbəbini göstərib. 
 
İsrail və onun təhlükəsizliyinə dəstək
 
Tramp İsrailin təhlükəsizliyinin ən qətiyyətli tərəfdarlarından biri olub. Onun əvvəlki prezidentlik müddətində tarixi addımlar atılıb. ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə İsrailin paytaxtının tanınması baş verib.
 
Tramp Tehrana qarşı sərt sanksiyalar tətbiq edərək İranla nüvə sövdələşməsindən çıxıb. Bu tədbirlər İsrail üçün xüsusilə indiki müharibə şəraitində ekzistensial təhlükə törədən nüvə silahının inkişafını məhdudlaşdırıb.
 
Ərəb ölkələri ilə münasibətlərin normallaşdırılması
 
Tramp birinci prezidentlik dönəmində İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Marokko və Sudan kimi ərəb ölkələri arasında "Avraam Sazişləri"nin təşəbbüskarı olub.
 
Bu sazişlər iqtisadiyyat, təhlükəsizlik və texnologiyalar sahəsində əməkdaşlıq üçün yeni imkanlar açıb. Proqnozlara görə, Tramp normallaşmanı gücləndirməkdə davam edəcək və yeni ərəb ölkələrinin İsrail ilə diplomatik münasibətlərinə yol açacaq.
 
İrana qarşı sərt mövqe
 
Tramp İrana qarşı mövqe nümayiş etdirib, bu da iqtisadi sanksiyalara və İranın regionda terrorçu təşkilatları maliyyələşdirmə qabiliyyətinin azalmasına gətirib çıxarıb.
 
Bu siyasət İranı zəiflədib və "Hizbullah" və HƏMAS kimi qruplaşmalar tərəfindən təhlükəni azaldıb. İsrail İranı özünün təhlükəsizliyinə təhlükə hesab edir və Tramp administrasiyası fəal şəkildə bu təhlükənin qarşısının alınması üçün dəstək göstərib.
 
İqtisadi əməkdaşlığın dərinləşdirilməsi
 
Tramp ABŞ ilə İsrail arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edib. O, Amerika investisiyaların İsrailə yatırılmasına sövq edib və texnologiyalar, təhlükəsizlik və təbabət sahəsində əməkdaşlığa dəstək verib.
 
Bu əməkdaşlıq İsrail iqtisadiyyatının möhkəmləndirilməsinə və xüsusilə yüksək texnoloji və müdafiə sahələrində yeni iş yerlərinin açılışına kömək edəcək.
 
BMT və beynəlxalq təşkilatlara təsiri
 
Tramp BMT və beynəlxalq təşkilatları İsrailə qarşı tez-tez sərgilədikləri qərəzli mövqelərinə görə tənqid edib.
 
O, ABŞ-ı "İsrailə qarşı qərəzli mövqeyinə görə" BMT-nin insan haqları Şurasından çıxarıb. Bu addım beynəlxalq təsisatlarda ədalətsiz mülahizələrə qarşı mübarizədə İsrailə mühüm siyasi dəstək olub.
 
Portalın yazdığına görə, Trampın Ağ Evə dönüşü ilə onun İsrailə beynəlxalq arenada diplomatik dəstəyinin davam etdirməsinə imkan yaradacaq. Onun İsrail və Yaxın Şərqlə bağlı siyasəti regionda sabitlik üçün mühüm amil olaraq qalır.
Seçilən
22
moderator.az

1Mənbələr