Rusiyada maraqlı hadisə baş verib. Rusiyanın regional Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, İrkutsk vilayətinin Mamsko-Çuyski rayonunda ayı kəndlərdən birində dolaşaraq, hamamı və digər tikililəri dağıdıb. Yerli sakinləri qorxuya salan ayı sonradan məhv edilib.
"Kolotovka kəndinin sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Xəbər verilib ki, kəndə yırtıcı girib, ayı küçələrdə rahat şəkildə dolaşır. O, hasarları qırır və məhsulun qalıqlarını yeyir. Polis ovçu ilə birlikdə heyvanı tapıb",- məlumatda qeyd edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tikililərdən birinə baxış keçirən zaman ayı konstruksiyadan atılaraq, insanlara tərəf qaçıb. Ovçu silahdan istifadə etməli və aqressiv yırtıcını məhv etməyə məcbur olub.
Tural