AZ

NATO-nun baş katibi nədən narahatdır?

“Rusiya, Çin, Şimali Koreya və İran arasında əməkdaşlığın möhkəmlənməsi Qərb üçün təhlükədir”.

KONKRET.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib: “Rusiya Şimali Koreyanı ən son texnologiya ilə təmin edir və bunun üçün Ukraynaya qarşı müharibədə Şimali Koreyanın dəstəyini alır. Bu, təkcə NATO-nun Avropa hissəsi üçün deyil, həm də ABŞ üçün təhlükədir. Ona görə də biz NATO çərçivəsində daha sıx əməkdaşlıq etməliyik”, – deyə baş katib bildirib.

Rutten deyib ki, mümkün təhlükəni aradan qaldırmağın yolları tapılmalıdır:”Mümkün təhdidlərlə bağlı Trampla müzakirə aparılacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
23
konkret.az

1Mənbələr