AZ

Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edir

Böyük Britaniya 2023-cü ilin may ayından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini tətbiq etdiyini açıqlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, siyahıda 56 fiziki şəxs və təşkilatın adı var. Məhdudiyyətlərə Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən “Hispaniola” könüllü briqadası və “Afrika Korpusu” da daxildir. Britaniya Xarici İşlər Nazirliynin bəyanatında deyilir: “Yeni hədəflər arasında Rusiya hərbi istehsalını dəstəkləyən tədarükçülər, Afrikanın cənubunda fəaliyyət göstərən Rusiyaya bağlı muzdlu qruplar və Solsberidə “Noviçok” maddəsinin istifadəsində iştirak edən GRU agenti də var”.

Cənubi Osetiyanın eks-prezidenti Anatoli Bibilov, “Vaqner PMC”-nin komandirləri Aleksandr Kuznetsov və Davor Saviçiç və “Hispaniola” briqadasının komandiri Mixail Turkanovun da adı həmin siyahıya salınıb. Adları çəkilən 4 nəfər Mərkəzi Afrika Respublikası və Liviyada fəaliyyət göstərən şəxsi hərbi qruplarla əlaqəyə görə sanksiyaya məruz qalıb. Skripalın zəhərlənməsində əli olduğu deyilən Denis Sergeev də kimyəvi silahla bağlı qaydaları pozduğuna görə “cəzalanıb”.Böyük Britaniya Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən “Espanyol” batalyonu və “Ayılar” briqadasına da sanksiya tətbiq edib. Sanksiya siyahısına Rusiya hərbi-sənaye kompleksi üçün mal tədarük edən 28 tədarükçünün adı daxil edilib. Bura Estoniya, Qazaxıstan, Özbəkistan və Çin şirkətləri daxildir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
46
konkret.az

1Mənbələr