AZ

Ermənistan hakimiyyəti COP29-da iştirak edəcək – Saakyan

Ermənistan hakimiyyəti COP29-da iştirak edəcək.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanda beynəlxalq hüquq müdafiəçisi Siranuş Saakyan deyib. Saakyan hesab edir ki, Ermənistan hakimiyyəti COP29-da iştirak edəcək.

Onun fikrincə, beynəlxalq tərəfdaşların geniş boykot etmədiyi və Ermənistan hakimiyyətinin bu tədbirin Bakıda keçirilməsində Azərbaycana siyasi dəstək verməsi şəraitində iştirak etməmək məntiqsiz olardı.

“Əgər onlar iştirak etsələr, Ermənistan nümayəndə heyətinin Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan həll olunmamış problemlərdən danışacağını gözləyirik.

Ermənistanın bütün vətəndaşları qarşısında müsbət öhdəlikləri var və bu problemin həlli üçün diplomatik, siyasi və hüquqi səylər göstərməyə borcludur”, – Saakyan deyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr