AZ

Lukaşenko: “Trampı Nobel mükafıtana namizəd göstərməyə hazıram”  

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, Ukraynada müharibəni dayandıra bilsə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb: “Əgər Tramp vədinə əməl etsə və bu müharibəni dayandıra bilsə, biz müvafiq təklifi Nobel Komitəsinə göndərəcəyik”, – deyə Lukaşenko bildirib. Xatırladaq ki, ötən il Donald Tramp yenidən seçiləcəyi təqdirdə həm Rusiya, həm də Ukrayna prezidentlərinə təzyiq göstərərək hər iki tərəfi danışıqlara məcbur edəcəyini açıqlamışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
6
konkret.az

1Mənbələr