AZ

Trampın qələbəsindən ən yüksək gəlir qazanan iş adamlarının adları məlum olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Birləşmiş Ştatlarda keçirilən sonuncu prezident seçkisində respublikaçı Donald Trampın qələbəsi nəticəsində dünyanın ən zəngin 10 adamının sərvəti ümumilikdə rekord həddə - 63.5 milyard dollar artıb.
Oxu.Az bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Xüsusilə, seçkinin nəticələrinə görə ən çox qazanan dünyanın ən varlı adamı İlon Mask olub.
Belə ki, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusunun D.Trampın qələbəsindən sonra sərvəti 10.1% (26.5 milyard dollar) artaraq 290.3 milyard dollara çatıb.
Reytinqdə ikinci yerdə qərarlaşan "Amazon" onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos qərarlaşıb. Onun sərvəti bir gündə 3.2% artıb (7.14 milyard dollar).
Üçüncü sırada isə "Oracle" korporasiyasının rəhbəri və dünyanın ən varlı adamlarından biri Larri Ellison qərarlaşıb. Sahibkar 5.4% (9.88 milyard dollar) varlanıb.
Seçilən
38
50
oxu.az

10Mənbələr